Vətən uzaqda deyil
1. 9 ildir Estonaiyada yaşayan ağdamlı Günay Lejneva ilə müsahibə.
Çəkilişlər Tallindəki Estoniya Azərbaycan Evində aparılıb.
Müsahib 6 yaşına qədər Ağdamda yaşaması, müharibə başlayanda oranı tərk edərək Bakıya köçmələri, 9 il əvvəl ailə quraraq Estoniyada yaşamağa başlaması, Estoniya Azərbaycan Evi ilə əlaqələri, iş həyatı və s. barədə danşır.
Eyni zamanda Estoniyada Azərbaycanla bağlı həqiqətlərin təbliği ilə bağlı hansı çətinliklər var, bu barədə də məlumat verir.
Süjetdə müsahibin həyatını əks etdirən şəkil və videolardan, eyni zamanda Azərbaycan Evinə aid kadrlardan istifadə olunub.
2. Hazırda Bakıda olan ABŞ-ın tanınmış biznesmeni Mikayıl Davidovla müsahibə. Qonaq məşhur “Cücələrim” ansamblındakı fəaliyyətindən və ABŞ-dakı indiki həyatından danışır. 29 ildir ABŞ-da yaşayan M.Davidov iş adamı kimi əldə etdiyi nailiyyətləri qeyd edir.
Süjetdə müsahibin həyatını əks etdirən şəkil və videolardan istifadə olunub.
https://www.facebook.com/ictimai.tv/
https://www.instagram.com/ictimaitv.official/
https://itv.az/
#ictimaitv #video #televiziya #baku #videolar #itv #amerika #estonia #azerbaijan #xeberler #gundemxeberler