12+
Filmdə sərhədçilərin gündəlik fəaliyyətlərindən, sərhəddə sayıq durmalarından, çətin, lakin şərəfli vəzifələrindən danışılır. Valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması filmin əsas qayəsidir.
Filmdə İkinci Dünya müharibəsində əsir düşənlərin yaralı şəraitdə düşmən əlinə keçməsinə baxmayaraq vətənə qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və onların faciəli aqibətindən də söhbət açılır.
Quruluşçu rejissor: Kamil Rüstəmbəyov
Ssenari müəllifi: Əhmədağa Qurbanov
Quruluşçu operator: Teyyub Axundov
Quruluşçu rəssam: Məmməd Hüseynov
Bəstəkar: Cahangir Cahangirov
Rollarda: Şahmar Ələkbərov, Rza Əfqanlı, Möhsün Sənani, Ofeliya Sənani, Stanislav Kovtun