Kəmalə Günəşli - Röyada idim / Klip - 2025
#KemaleGunesli #RoyadaIdim #KemaleGunesliRoyadaIdim #KəmaləGünəşli #Röyadaİdim #KəmaləGünəşliRöyadaİdim #Klip #2025 #2025klip #4K #AzeriMusic #KamalaGunashli #KamalaGunashliRoyadaIdim
Söz: Tural Sədalı
Aranj: İsmayıl Əlizadə
Rejissor: Zahir Məmmədov
Prodüser: Əli BAXŞIZADƏ (@bakhshizada)
Leybl: AzSound PRO
-
Teqlər: Royada idim, Röyada idim, Men onda royada idim, Mən onda röyada idim, Kemale Gunesli, Kemale Güneşli, Kəmalə Günəşli, Kamala Gunashli, Камала Гюнашли, Ройада идим, Şaxa şaxzadə, saxa saxzade idim, waxa waxzade, Şaha şahzadə idim
-
Gecə xəlvətdə qaranlıq
Ürəyim durdu bir anlıq
Yadıma düşdü cavanlıq
Onda röyada idim
Mən onda röyada idim
Saralıb nə solmamışdın
Nə gedib nə qalmamışdın
Hələ sən heç olmamışdın
Qoca dünyada idim
Mən onda röyada idim
Mən onun sevgisi oldum
Ən ağır itgisi oldum
Məcnunun Leylisi oldum
Dəli səhrada idim
Mən onda röyada idim
Qocalırsan elə bilmə
Ağlayırsan gülə bilmə
Məni sən gəl belə bilmə
Axı mən sadə idim
Mən onda röyada idim
Tikanam o gözlərdə mən
Gedirəm o izlərdə mən
Üzmədim dənizlərdə mən
Amma dəryada idim
Mən onda röyada idim
Dərdimin dərmanıdır O
Bir insanın canıdır O
Eşqimin sultanıdır O
Şaha şahzadə idim
Mən onda röyada idim