Müharibə... əsgər gözündən filmi 44 günlük döyüşlər zamanı azərbaycanlı döyüşçülərin çəkdiyi görüntülərin təxmini xroniki ardıcıllıqla düzülməsi ilə ərsəyə gətirilib. Görüntülərin əksəriyyətinin ilkin mənbəsini tapmaq mümkün deyil. Filmin iştirakçı və müəlliflərindən bir çoxu artıq həyatda yoxdur. Film döyüşlərin başlamasından sonuna qədərki dövrü əhatə edir.
Qeyd: Filmdə zorakılıq, döyüş kadrları və təhqirlər var.
Görüntülər müxtəlif Tik-Tok kanallarından, bloger Tofiq Şahmuradovun, Müdafiə Nazirliyinin çəkdiyi və ya paylaşdığı videolardan əldə edilib. Müraciət olduqca və ya dəqiqləşmə aparıldıqca konkret müəlliflər əlavə ediləcək.
Rejissor&Montaj: Elvin Cəbizadə
Videonun digər Youtube kanallarına təkrar yüklənməməsi xahiş edilir. Subtitlelarda söyüş və təhqirlər ictimai yerlərdə nümayişi üçün təkrar montaja görə qeyd edilməyib.