18+
Filmdə Vətənin təhlükəsizliyinin və Bakı şəhərinin əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır. Filmdə təhlükəsizlik orqanları tərəfindən xarici kəşfiyyatın apardığı əməliyyatın açılmasından bəhs olunur.
Rejissor: Əlisəttar Atakişiyev
Ssenari müəllifləri: Cəmşid Əmirov, Mixail Maklyarski
Operator: Əlihüseyn Hüseynov
Bəstəkar: Polad Bülbüloğlu
Rəssamlar: Nadir Zeynalov, Elbəy Rzaquliyev
Baş rollarda: Kamal Xudaverdiyev, Həsənağa Salayev, Həsən Məmmədov, Larisa Xələfova, Lyudmila Şlyaxtur, Həsənağa Turabov