MENU

Fun & Interesting

Telefonçu qız (1962)

Azərbaycanfilm 58,543 lượt xem 1 year ago
Video Not Working? Fix It Now

12+
Filmdə həyatda öz yerini tapan gənc qız Mehribanın taleyindən və onun ilk məhəbbətindən danışılır. Mehribanın məhəbbəti çətinliklərlə üzləşir, ona sevinc gətirmir, lakin qızı ruhdan da salmır. Sevdiyi adam bir zamanlar xəyalında yaşatdığı insanın səviyyəsinə qalxa bilmir. Ancaq Mehriban zahirən xəyali dostuna bənzəyən Zakiri dərindən düşünməyə və insanlara qarşı münasibətinə yenidən nəzər salmağa vadar edir.
Filmin çəkilişləri Bakı və Odessada (Ukrayna) aparılıb.
Film Həsən Seyidbəylinin “Telefonçu qız” povestinin motivləri əsasında çəkilib.

Rejissor: Həsən Seyidbəyli
Ssenari müəllifləri: Həsən Seyidbəyli, İsidor Annenski
Operator: Yuli Fogelman
Rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Tofiq Quliyev
Rollarda: Raisa Nedaşkovskaya (Mehriban), Nodar Şaşıqoğlu (Zakir), Elvira Brunovskaya (Zərəngiz), Gündüz Abbasov (Mehribanın atası), Məryəm Seyidbəyli (Mehriban uşaqlıqda), Kima Məmmədova (Füruzə)

İstehsalçı: Azərbaycanfilm
İlk baxış tarixi: 18.07.1962
Janr: dram

Comment