MENU

Fun & Interesting

Uşaqlığın son gecəsi (1968) | The Last Night of Childhood

Azərbaycanfilm 285,476 3 years ago
Video Not Working? Fix It Now

12+ Film həyatda ilk addımlarını atan gəncin şəxsiyyət kimi formalaşması haqqındadır. İnstitutu yenicə qurtarmış Rüstəm, təyin olunduğu iş yerinə gedir. Yanında orta məktəbi yenicə bitirmiş Muradı da fəhlə olaraq aparır. İş yerində baş verən oğurluq və yeyinti “uşaqlığın son gecəsi”ni yaşayan Muradın xarakterinin formalaşmasına təsir göstərir. Hadisələr fonunda iki eşq hekayəsi də cərəyan edir. Rejissor: Arif Babayev Ssenari müəllifi: Maqsud İbrahimbəyov Operator: Zaur Məhərrəmov Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Polad Bülbüloğlu Rollarda: Ənvər Həsənov (Murad), Səyavuş Şəfiyev (Rüstəm), Ətayə Əliyeva (Mənsurə), Törə Zeynalova (nənə), Ələkbər Seyfi (İsmayıl), Xosrov Abdullayev (Məcnun) İstehsalçı: Azərbaycanfilm İlk baxış tarixi: 16.07.1969 Janr: dram Mükafatlar: Zaqafqaziya və Ukrayna Respublikalarının “Prometey-69” III zona Kinofestivalı - gənclik üçün ən yaxşı filmə görə mükafat (1969, Kiyev / Ukrayna) Zaqafqaziya və Ukrayna Respublikalarının “Prometey-69" III zona Kinofestivalı - Polad Bülbüloğluna ən yaxşı musiqiyə görə Ukrayna Bəstəkarlar İttifaqının xüsusi mükafatı (1969, Kiyev / Ukrayna)

Comment