"Qərb Xəbər" informasiya portalı Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarından xəbər, reportaj, araşdırma materialı təqdim edir. Redaksiya müstəqil yayım həyata keçirir.
Etik prinsiplər:
Qərəzsizlik
"Qərb Xəbər" üçün xəbər hazırlayan jurnalistlər, o cümlədən vətəndaş jurnalistləri ictimaiyyətin informasiya almaq hüququna hörmətlə yanaşmalı, fakta əsaslanmayan informasiyanı yaymaqdan çəkinməli, əldə etdiyi informasiyanı ən azı 2 mənbədən yoxlamalıdır.
Tərəflər
Jurnalistin işi xəbəri olduğu kimi çatdırmaqdır. Reallıq isə birtərəfli olmur. Bunun üçün xəbərin aid olduğu bütün tərəflərə onlar haqqında edilən iddialara cavab vermək, təkzib etmək şansı verilməlidir.
Dəqiqlik
Hazırlanan xəbərin dəqiqliyinə xüsusi diqqət yetirilməlidir. Xəbərin dəqiq olmadığı iddia edildiyi təqdirdə təqdim etdiyiniz informasiyanı (hətta məhkəmədə belə) faktlarla sübut edə biləcəyinizdən əmin olun. Oxucu şəffaflığı sevir. Hər hansı səhvi düzəltməkdən və onu oxucuyla bölüşməkdən çəkinməyin.